Həmkarlar İttifaqı Təşkilatının iclası keçirildi
23 fevral 2024-cü il tarixdə 321 nömrəli tam orta məktəbdə məktəb Həmkarlar İttifaqı Təşkilatının iclası keçirildi.Gündəlikdə duran məsələlər Həmkarlar İttifaqı Təşkilatının hesabatı və yeni heyətin seçilməsindən ibarət idi. Əvvəlcə Həmkarlar İttifaqı Təşkilatının sədri Gülnarə Nurəddinova görülmüş işlər haqqında hesabat xarakterli məruzə etdi.İttifaq üzvlərinə göstərilmiş maddi və mənəvi köməkliklər, yardımlar barədə məlumat verdi.Sonra İttifaq üzvlərinin çıxışları oldu.Onlar görülmüş işlərə öz münasibətlərini bildirdilər.
Həmkarlar İttifaqı Təşkilatının işi müsbət qiymətləndirildi.Səsvermə yolu ilə yeni heyət seçildi.Gülnarə Nurəddinova yenidən təşkilatın sədri seçildi.