VIII-IX siniflərdə monitorinq
19 fevral 2024-cü il tarixdə Bakı şəhəri 321 nömrəli tam orta məktəbdə VIII və IX sinifləri üzrə monitorinq keçirildi.
Monitorinqin keçirilməsində əsas məqsəd şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarətdir.Monitorinqdə tədris dili üzrə 30, riyaziyyat fənni üzrə 25, xarici dil üzrə isə 30 sual olmaqla, ümumilikdə 85 sual təqdim olunub.
Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verilib.