Mükafatlandırma
2023-2024-cü tədris ilinin I yarımilinin nəticələrinə əsasən 321 nömrəli tam orta məktəbin bir qrup müəllim və şagirdi məktəbin direktoru Könül Hüseynova tərəfindən rəğbətləndirildi.Məktəb direktoru K.Hüseynova diplomları təqdim edərkən bildirdi ki,məktəbimizdə həyata keçirilən layihələr müəllim və şagirdlərimizin öz bilik və bacarıqlarını daha parlaq nümayiş etdirmələrinə şərait yaratmışdır.STEAM,Rəqəmsal tədris olunan siniflərdə,peşə təmayül sinfində,icma əsaslı məktəbəqədər təhsil qrupunda nailiyyətləri ilə fərqlənən müəllim və şagirdlərimiz çox olmuşdur.
Ümid edirik ki,tədris ilinin sonunda bu say daha da artacaqdır.Daha sonra övladlarının təlim-tərbiyəsi istiqamətində məktəblə sıx əməkdaşlıq edən valideynlərə təşəkkürnamələr təqdim edildi.