İngilis dili aylığı-bilik yarışı

18 dekabr 2023-cü il tarixdə məktəbimizdə beşlər arası İngilis dili fənnindən söz yarışması keçirildi.Yarışı ingilis dili müəllimi Ülkər İsamyılzadə təşkil etmişdi. 5 komanda arasında gərgin mübarizə getdi.Yarış iki mərhələli idi. Birinci mərhələdə şagirdlər müxtəlif mövzuları əhatə edən söz assossasiyaları, krasvord kimi tapşırıqlar etdilər. Bu mərhələdə şagirdlərin orfoqrafik və leksik cəhətdən söz bilmə bacarıqları yoxlanıldı. İkinci mərhələdə şagirdlərin sözlərin tələffüzünü və sözlərdən cümlədə necə işlənməsi bacarıqları yoxlanıldı. Bu mərhələdə şagirdlər dinləməyə aid tapşırıq və başqa digər tapşırıqlar etdilər.Yarışın sonunda 5b sinfi qalib gəldi.