Əbədiləşən ömür yolu

   12 dekabr 2023-cü il tarixində Ümummilli lider Heydər Əliyevin Anım günü münasibətilə dəyirmi masa təşkil edildi.Əvvəlcə Ulu öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Daha sonra tarix müəllimi Mehriban Mehdiyeva çıxış edərək Ulu öndər Heydər  Əliyevin birinci və ikinci hakimiyyəti dövründə Azərbaycan üçün gördüyü misilsiz işləri vurğuladı.Azərbaycan-dili və ədəbiyyat  müəllimləri Nağılı Lalə və Nağılı Cavid çıxışlarında qeyd etdilər ki,Azərbaycan xalqının Ümummilli lideri,müstəqil Azərbaycan dövlətinin qurucusu, ana dilimizin gözəl bilicisi, bənzərsiz mahir natiq Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti və misilsiz tarixi xidmətləri Ana dilimizin qorunmasında mühüm və həlledici rol oynadı. Belə ki, Ulu öndərin ölkəyə ikinci dəfə rəhbərliyə gəlişi zamanı müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi, dövlət dili statusu aldı. 
   11a sinif şagirdi Nağılı Cavidan da dahi şəxsiyyət Heydər Əliyev haqqında böyük sevgi və ehtiramla danışdı.Bildirdi ki,Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyev azərbaycançılıq ideologiyasını formalaşdırarkən çoxəsrlik milli-mənəvi dəyərlərin qorunmasına,dövlət siyasətində ehtiva olunmasına ciddi diqqət yetirirdi. Cavidan Nağılı dedi ki,Heydər Əliyevin dünyaya və Azərbaycana ən böyük töhfəsi İlham Əliyev kimi bir oğulun,sərkərdənin, və siyasətçinin yetişdirilməsi olmuşdur.Parlaq qələbə ilə xalqımıza  Böyük Qələbənin sevincini yaşadan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi.Ulu öndər Heydər Əliyevin bütöv və qüdrətli Azərbaycan arzusu Ali baş komandan İlham Əliyev və qəhrəman ordumuz tərəfindən həyata keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi