Peşə sinfi imtahanda

   Bu gün 321 nömrəli  tam orta məktəbin Peşə təmayüllü sinfində praktiki imtahan oldu. IT HELPDESK qrupundan olan uşaqlar kompüterin daxili qurğularının demontaj edilməsi və montaj edilməsi, həmçinin sistem blokuna texniki qulluq edilməsi, kompüterin format edilməsi, diskdəki faylların back up edilməsi kimi tapşırıqları yerinə yetirdilər. Komissiya üzvlərinin onlara verdiyi sualları düzgün cavablandırdılar. 
   Aşpaz köməkçisi qrupundakı uşaqlar Mimoza salatı,Kükü,Dovğa,Badımcan bükməsi və dietik şirniyyat hazırladılar. Süfrənin tərtibatını,yeməkləri gözəl təqdim etdilər. Komissiya üzvləri tərəfindən onlara verilən suallara düzgün cavab verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi