Qarabağ Azərbaycandır!
06 noyabr 2023-cü il tarixində 9b sinfində açıq dərs keçirildi.Dərsi tarix müəllimi Mehriban Mehdiyeva təşkil etmişdi.Açıq dərsdə məktəbin direktoru Könül Hüseynova,sinif rəhbəri İradə İbrahimova da iştirak etdilər.Şagirdlər Vətən müharibəsi ərəfəsində və müharibə zamanı xalq arasında və orduda olan ruh yüksəkliyindən, hər zaman Ali baş Komandana olan inam və sevgidən,müharibədən sonra mədəni-sosial quruculuq işlərindən danışdılar.Şeirlər söylədilər,vətənpərvər mahnılardan bəndlər oxudular.
Dərsin keçirilməsində məqsəd Böyük Zəfərin əhəmiyyətini bir daha dəyərləndirməkdən ibarət idi.