5-ci sinif şagirdləri və onların valideynləri ilə görülən işlər
Birinci siniflərlə yanaşı,5-ci sinif şagirdləri arasında da dezadaptasiya hallarına rast gəlinir.Çünki onlar da ibtidai təhsil səviyyəsindən sonra orta yaş sinif mərhələsinə keçirlər.Fənn sayı,yeni müəllimlər və sinif otaqlarına öyrəşmək baxımından bu qrup şagirdlərə qarşı da diqqətlə yanaşılmalıdır.Məhz bu məqsədlə məktəbin psixoloqu Könül Ağayeva 5-ci sinif şagirdləri ilə profilaktik söhbətlər aparır,onlara psixoloji dəstək olur.Həmçinin 5-ci sinif şagirdlərinin valideynləri ilə görüşərək onların övladlarının orta təhsil pilləsinə adaptasiyası istiqamətində maarifləndirici söhbət aparmışdır.