Qrant layihəsinin açılış mərasimi

   27 oktyabr 2023-cü il tarixdə 321 nömrəli tam orta məktəbdə "İngilis dilinin tədrisində Duolingo  platformasının dəstəyi"layihəsinin açılış mərasimi oldu.Belə ki,məktəbimiz Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant müsabiqəsinin qalibi olaraq yuxarıda qeyd olunan layihəni reallaşdırmaq imkanı əldə etmişdir.Tədbirdə giriş sözü ilə çıxış edən məktəbin direktoru Könül Hüseynova layihə haqqında ətraflı məlumat verdi.İngilis dili müəllimi Zəminə Mikayılova isə çıxışında bildirdi ki, bu layihənin həyata keçirilməsi buraxılış imtahanlarında ingilis dilindən  yüksək nəticələr əldə etməyimizə böyük köməyi olacaqdır.10b sinif şagirdi Niftəliyev Murad və 11 a sinif şagirdi Əlizadə Leylanın ingilis dilində çıxışları hər kəsin marağına səbəb oldu.Daha sonra məktəbin istedadlı şagirdləri Xanım və Əsmayə öz mahnı və şeir töhfələrini təqdim etdilər.Məktəbin rəqs kollektivinin çıxışı isə alqışlarla qarşılandı.Sonda qonaqlarla və müəllimlərlə birlikdə xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi