600-dən çox uşaq icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 16 ümumi təhsil məktəbində (28, 64, 78, 84, 97, 110, 140, 142, 148, 213, 237, 259, 280, 305, 315, 321) “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi həyata keçirilir.

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən layihənin tətbiq olunduğu paytaxt məktəblərindəki 34 icma əsaslı məktəbəqədər təhsil qrupuna 603 uşaq cəlb olunub.

Məktəbəqədər yaş qrupuna aid olan uşaqların məktəbə hazırlığı istiqamətində effektli nəticələr vəd edən layihənin həyata keçirilməsində əsas məqsəd icma əsaslı vətəndaş qrupları vasitəsilə ilkin təhsilin əhatəliliyini artırmaq, valideynlərin məktəbəqədər təhsil xidmətlərinin təşkilində fəal iştirakını təmin etmək,  şəffaflığın  və hesabatlılığın, eləcə  də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdan ibarətdir.

Onu da qeyd edək ki, ölkəmizdə məktəbəqədər təhsil müəssisələri ilə tam əhatə olunmayan ərazilərdə məktəb bu funksiyanı öz üzərinə götürür, 3-4 yaşlı uşaqlar erkən təhsilə cəlb olunurlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi