Məktəbdə düzgün psixoloji mühit
15-29 sentyabr tarixlərində məktəbin psixoloqu Könül Ağayeva fəaliyyət planına uyğun olaraq bir sıra tədbirlər həyata keçirmişdir.İlk dərs günü 1-ci sinif şagirdləri ilə görüşərək onların pedaqoji və psixoloji diaqnostikasını həyata keçirdi.
27 sentyabr Anım günü ilə bağlı ibtidai sinif şagirdlərinə Xarı bülbül rəsmini rəngləməyi tapşıraraq onlarla vətənpərvərlik mövzusunda söhbət apardı.
29 sentyabr tarixdə isə 1-ci sinif şagirdlərinin valideynləri ilə görüşərək onların övladlarının adaptasiya prosesi haqqında danışdı.Bildirdi ki,1-ci sinif şagirdlərinin məktəbimizdə yaxşı təhsil almaları və hüquqlarının qorunması üçün sağlam pedqoji və psixoloji mühit mövcuddur.