Anım günü

   27 sentyabr 2023-cü il tarixdə 321 nömrəli tam orta məktəbdə Anım gününə həsr olunmuş möhtəşəm tədbir keçirildi.Azərbaycan Respublikasının Dövlət Himni  ilə başlayan tədbir şəhidlərin əziz ruhunu bir dəqiqəlik sükutla yad etməklə davam etdi.Daha sonra çıxış edən məktəbin direktoru Könül Hüseynova dövlətimizin hər zaman şəhid ailələrinin, müharibə iştirakçılarının yanında olduğundan,onlara göstərilən diqqət və qayğıdan danışdı.

  Şəhid Ələddin Xəlilovun valideynləri ilə birlikdə Azərbaycan bayrağını meydana gətirən hərbi rəhbər,kapitan Azər  Verdiyev 2-ci Qarabağ müharibəsindən,bu müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə qazandığımız qələbədən danışdı.Bildirdi ki,2023-cü il-Heydər Əliyev ilində ən böyük hədiyyəmiz torpağımızın bütövlüyünü bərpa etməyimiz və Qarabağımızın düşmən tapdağından qurtulması oldu.
   Üçrəngli bayrağın səhnəyə gətirilməsindən sonra 4a sinif rəhbəri Səbinə Mehdiyeva və 5b sinif rəhbəri Gülnarə Bəkirova şagirdlərlə birlikdə fəxri düzülüşdə dayandılar.Balaca qəhrəmanlar Şəhidlərin şəkillərini qürur hissi ilə daşıdılar.Şagirdlərimiz Əsmayə və Vüqarın söylədikləri şeirlər hər kəsi ruhlandırdı.

   Sonda tədbirin təşkilatçısı Könül Musayeva başda məktəb rəhbəri  Könül Hüseynova olmaqla Azər Verdiyev, Səbinə Mehdiyeva,Gülnarə Bəkirova,Lalə Nağılı,Əvəz Hacıyev,Fəridə Bayramova və digər müəllimlərə göstərdikləri dəstəyə görə öz təşəkkürünü bildirdi.Tədbirimiz bu sözlərlə yekunlaşdı:

 QARABAĞ Azərbaycandır!Şəhidlər ölməz!
 Vətən var olsun!
 Sənə can qurban,Azərbaycan!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi