Cəmiyyətə reinteqrasiya
321 nömrəli tam orta məktəbdə hər bir şagirdimizin sosial vəziyyəti öyrənilir,ailələrlə mütəmadi əlaqə saxlanılır.Atası xarici ölkədə münaqişə qurbanı olmuş 3 azyaşlının ölkəyə qaytarılmasından sonra,babası tərəfindən qəyyumluq və himayəçiliyə götürülmüş uşaqlar bizim məktəbdə təhsil alır.Bu uşaqlar məktəbin direktoru Könül Hüseynova tərəfindən nəzarətə götürülmüş,onların sağlamlığı,sosial müdafiəsi,təhsili və tərbiyəsi ilə əlaqədar müvafiq tədbirlər görülür.