İnsan alverinin qurbanı olma!
11 may 2023-cü il tarixdə 321 nömrəli tam orta məktəbdə 10 və 11-ci sinif şagirdləri üçün maarifləndirici seminar təşkil edildi.Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Həbibə Qəribova şagirdlərə Sosial Xidmətlər Agentlliyi və bu agentlik daxilində fəaliyyət göstərən müəssisələr haqqında da ümumi məlumat verdi.
Daha sonra insan alveri,insan alveri qurbanlarının düşdüyü çətin vəziyyətdən,bu sahədə göstərə biləcəyimiz dəstəkdən danışdı.