Canlı aləmi qoruyaq
Aprel ayında 7-ci siniflərdə coğrafiya fənni üzrə keçirilən mövzulardan biri də "Biosfer"olmuşdur.Bu mövzuda şagirdlər öyrəndilər ki,meşələrimizin qırılması bütün canlı aləmin məhvinə gətirib çıxarır.Meşələr və sular bərpa oluna bilən təbii ehtiyatlarımızdandır.Əgər suya qənaət etməklə su ehtiyatlarımızı qoruya biləriksə,yeni ağaclar əkməklə də meşələrimizin tükənməsinin qarşısını ala bilərik.Coğragiya müəllimi Samirə Məhərrəmovanın təşəbbüsü ilə 7ç sinif şagirdləri məktəbyanı sahədə yeni ağaclar əkdilər.Samirə müəllim bildirdi ki, bu fidanlar təbiətimizin xilası üçün görə biləcəkləri işlərin başlanğıcıdır.