Sağlam həyat tərzini seçək
14 mart 2023-cü il tarixində 321 nömrəli tam orta məktəbdə 5,6 və 7-ci sinif şagirdləri üçün "Sağlam həyat tərzini seçək" adlı maarifləndirici tədbir keçirildi.Tədbiri gənc müəllimlərimiz Qafarzadə Ayşən,Qasımova Nəzrin,Əhmədova Şeyda hazırlamışdılar.
Şagirdlər sağlam qidalanma və sağlam həyat tərzi haqqında öyrəndikləri məlumatları təqdim etdilər.Məktəbin psixoloqu Ağayeva Könül şagirdlərə narkomaniya və spirtli içkilərin insan həyatındakı mənfi rolundan danışdı.O bildirdi ki, zərərli vərdişlər insanın yalnız sağlamlığına deyil,cəmiyyətdəki mövqeyinə,doğmalarına qarşı da böyük təhlükədir.Daha sonra uşaqlar rus dilində müəllimlərinin öyrətdikləri məlumatları təqdim etdilər.