Heydər Əliyev-100.İntellektual yarış

   10 mart 2023-cü il tarixində 321 nömrəli tam orta  məktəbdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş intellektual yarış keçirildi.Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinin məktəblərinin iştkrakı ilə keçirilən tədbirdə Yeni  Azərbaycan Partiyası Qaradağ Rayon təşkilatının sədri Qafar Əliyev ,Qaradağ Gənclər evinin nümayəndələri,məktəb direktorları iştirak edirdilər.

 

   Yarışın aparıcısı 321 nömrəli tam orta məktəbin tarix müəllimi Əliyeva İlahə komandaların 3 mərhələdə yarışacağını bildirdi.Suallar yarışda iştirak edən məktəblərin tarix müəllimləri tərəfindən tərtib olunmuşdu.Ulu öndər,ümummilli lider Heydər Əliyevin zəngin siyasi fəaliyyəti, mənalı həyatı,hakimiyyəti dövrlərini dərindən öyrənmiş uşaqlar verilən bütün sualları dərhal cavablandıraraq əsl bilik yarışı nümayiş etdirdilər.Finalda 223,110 və 302 saylı tam orta məktəblərin komandaları yarışdılar.1-ci yerin qalibi Boz Qurd komandası oldu.Qalib və iştirakçı komandalara diplomlar təqdim olundu.

 

   Yarışmanın sonunda çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Ulu öndər Heydər Əliyevin anadan olmasınım 100 illiyinə həsr olunmuş intellektual bilik yarışının yüksək səviyyədə keçirilməsini təmin etdiyi üçün layihənin ideya rəhbəri və yarışa ev sahibliyi edən 321 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynovaya öz təşəkkürünü bildirdi.K.Hüseynova öz növbəsində Heydər Əliyev irsinin öyrənilməsinin hər bir azərbaycanlının  mənəvi borcu olduğunu bildirərək yarışın təşkilatçılarına- İlahə Əliyevaya,Azər Verdiyevə,digər müəllimlərə və şagirdlərə təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi