"Ən sürətli şagird"qaçış yarışı
İdman həftəsinin 3-cü günündə 3a sinif şagirdləri ilə 20 metr məsafəyə qaçış yarışı keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra yarış başladı.Şagirdlər yüksək sürət nümayiş etdirərək birincilik uğrunda mübarizə apardılar.3a-nın sinif rəhbəri Mehdiyeva Səbinə,fiziki tərbiyə müəllimləri Bayramova Fəridə,Mehdiyev Rəşid,Eminov Vüqar,Nəzərli Türkan yarışı gözəl təşkil etmişdilər.Məktəbin direktoru Könül Hüseynova şagirdlərin yarışını izlədi.