İdman həftəsi başladı

  Səhər gimnastikası.

 Fevralın 27-də 321 nömrəli tam orta məktəbdə idman həftəsinə start verildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən  sonra məktəbin direktoru Könül Hüseynova çıxış etdi.Könül xanım bildirdi ki,şagirdlərin idmana olan marağının artırılması,sağlam həyat tərzinin təbliği məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən 5 mart-Bədən tərbiyəsi və idman günü ərəfəsində 27 fevral-3 mart 2023-cü il tarixində ümumi təhsil müəssisələrində idman həftəsinin keçirilməsi məqsədəuyğun hesab edilmişdir.

   321 nömrəli məktəbdə də layihənin proqramına uyğun olaraq tədbirlərin keçirilməsi planlaşdırılır.Tədbiri açıq elan edən məktəbin direktoru  sözü idman müəllimlərinə verdi.Məktəbin fiziki tərbiyə müəllimləri Bayramova Fəridə,Mehdiyev Rəşid,Eminov Vüqar və Nəzərli Türkan təqdim etdikləri idman hərəkətləri ilə şagirdləri səhər gimnastikasına dəvət etdilər.Uşaqlar böyük həvəslə müəllimlərin gimnastika hərəkətlərini təkrar etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi