"Xocalı soyqırımını unutmarıq"

   24 fevral 2023-cü il tarixində 321 nömrəli tam orta məktəbin "Bədii özfəaliyyət" dərnəyinin məşğələsində Xocalı soyqırımına həsr olunmuş dərs keçirildi. Dərnək rəhbəri Nuriyeva Vüsalə şagirdlərə Xocalı soyqırımından,bu faciənin dünyanın və Azərbaycanın tarixində buraxdığı qanlı izlərdən danışdı.Vüsalə müəllimə Xocalı faciəsinə həsr olunmuş şeirlərin,mahnıların,rəsm əsərlərinin xalqımızın bu faciəni unutmadığının sübutu olduğunu bildirdi.Dərnək üzvləri Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş rəsm sərgisində iştirak etmiş,maraqlı əsərlər nümayiş etdirmişlər.Şagirdlər daha sonra bu mövzuda  öyrəndikləri şeirləri söylədilər,mahnıları oxudular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi