Xocalı soyqırımı dərsi-2-ci sinifdə
24 fevral 2023-cü il tarixində 321 nömrəli tam orta məktəbin 2 ç sinfində "Xocalı soyqırımı-xalqa qarşı zorakılıq" mövzusunda dərs keçirildi.İbtidai sinif müəllimi Namazova İlahə şagirdlərə "soyqırım" sözünün mənasını izah edərək bildirdi ki,soyqırım-hər hansı bir xalqın,irqin və ya dinin düşünülmüş və davamlı şəkildə tam və ya qismən məhv edilməsidir.Faciə isə dəhşətli,ağır nəticəli hadisə,fəlakət,bədbəxtlik deməkdir.Xocalı faciəsi nəticəsində 613 nəfər həlak olmuşdur,onlardan 63 nəfəri uşaq idi.Xeyli insan yaralanmışdı,onlardan 76 nəfəri uşaq idi.
Daha sonra şagirdlər Zəlimxan Yaqubun "Layla,Xocalım,layla"şeirindən parçalar oxudular.Şeirin ayrı-ayrı sətirlərinin mənası açıqlandı.Sonda müəllim Azərbaycan Ordusunun 44 günlük müharibədə göstərdiyi qəhrəmanlığın,xalq birliyinin,Ali baş komandan İlham Əliyevin düşünülmüş daxili və xarici siyasətinin məntiqi nəticəsi olan Zəfər barədə danışaraq dərsi yekunlaşdırdı.