Xocalı-qan yaddaşım
24 fevral 2023-cü il tarixində 321 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.ATİAHİ-nın Qaradağ rayon Komitəsinin təşəbbüsü ilə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin zabitləri tədbirdə iştirak etdilər.Məktəbin direktoru Könül Hüseynova tədbir iştirakçılarını və qonaqları salamlayaraq Xocalı faciəsi qurbanlarının məktəbimizdə böyük ehtiramla yad olunduğunu,bu il də müəllim və şagirdlərimizin Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş "Xocalı-qan yaddaşım" adlı tədbir hazırladıqlarını bildirdi.Daha sonra 321 nömrəli tam orta məktəbin İlk Həmkarlar Təşkilatının sədri Gülnarə Nurəddinova çıxış edərək ATİAHİ-nın Qaradağ Rayon Komitəsinin sədri Zümrüd Rzayevanın salamlarını çatdıraraq tədbiri açıq elan etdi.
Tədbirdə məktəbin tarix müəllimi İlahə Əliyeva bu faciə haqqında danışaraq 31 il ərzində Ulu öndər Heydər Əliyevin və Ölkə başçımız İlham Əliyevin Xocalı faciəsinin dünyada tanınması və qəbul edilməsi istiqamətində gördükləri misilsiz işlərdən danışdı.Tədbirdə 5,6,7,8-ci sinif şagirdləri faciə haqqında təsirli şeirlər söylədilər.Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nağılı Lalənin "Ağacsız meşələr" əsərindən bir səhnəni canlandıran zaman 4b sinif şagirdi Qəmər Xocalıdan olan qızcığazın böyük dərdini anlatdı hər kəsə.
Məktəbimizin hərbi rəhbəri, 2-ci Qarabağ müharibəsi iştirakçısı Azər Verdiyev Xocalı faciəsi qurbanlarının qisasının Ali baş komandan İlham Əliyevin başçılığı ilə 2-ci Qarabağ müharibəsində Şanlı ordumuz tərəfindən alındığını qeyd etdi.Azər müəllim bütün hərbçilər adından bildirdi ki,vətənimizin hər qarış torpağı,şəhidlərimizin hər biri bizim üçün müqəddəsdir,əzizdir. Tədbirin sonunda məktəbin direktoru Könül Hüseynova məktəbin İlk Həmkarlar təşkilatının sədri Gülnarə Nurəddinovaya, tədbirin yüksək səviyyəli ssenarisini hazırlayan Azərbaycan dili və ədəbiyyat müəllimi Gülər Səfərovaya,Uşaq birliyi rəhbəri Şahnaz Süleymanovaya, TİÜDM Flora Hüseynovaya,Tarix müəllimi İlahə Əliyevaya,11a sinif şagirdləri Aydana,Aytaca,Aytəkinə,Elşanə və çıxış edən bütün şagirdlərə öz təşəkkürünü bildirdi.