Açıq dərs:"Tam daxili qayıtma"

   Fevralın 21-də məktəbin fizika müəllimi Əhmədova Nəzakət 9a sinfində açıq dərs təşkil etdi.Əvvəlcə şagirdlərə "Suyun səthinin parıldamasının səbəbi nədir?","Bu cür görüntü hansı işıq hadisəsi zamanı yaranır?"tədqiqat sualı verilir.

   Araşdırma aparan uşaqlar  gördülər ki,karandaşı yarımçıq su tökülmüş stəkana maili batırsaq hava-su sərhədində onun necə sındığını müşahidə edərik.Stəkanı özümüzdən uzaqlaşdırsaq biz karandaşın yalnız su daxilində olan hissəsini  görəcəyik.Tədqiqat suallarına qruplar cavab verdi.Daha sonra  müəllim "tam daxili qayıtma" mövzusunu izah və tətbiq etdi.Açıq dərsin sonuna az qalmış şagirdlər müəllimin təqdim etdiyi məsələləri həll etdilər.

  Məktəbin direktoru Könül Hüseynova Nəzakət müəlliməyə və şagirdlərə gözəl dərs üçün təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi