Şagird davranış qaydaları
17 fevral 2023-cü il tarixdə 321 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynovanın sinif rəhbərləri ilə iclası keçirildi.K.Hüseynova Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərtib etdiyi "Ümumi təhsil müəssisələrində şagirdlərin daranış qaydaları"nı müəllimlərin diqqətinə çatdırdı.Bildirdi ki,bu sənəd şagirdlərin hüquq və vəzifələrini təmin etmək məqsədilə məktəbdə nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir.Sənədin strukturu A,B,C,D,E hissələrindən ibarətdir.A bölməsində şagirdlərin davamiyyəti,xarici görünüşü,geyimi,etik davranış qaydaları,B bölməsində isə qayda pozuntularının səviyyələri öz əksini tapır.K.Hüseynova müəllimlərə tövsiyə etdi ki,valideyn iclasları çağırılsın,valideynlər yeni qaydalarla tanış olsunlar.Müəllimlər bildirdilər ki,valideyn və şagirdləri davranış qaydaları ilə tanış edəcəklər.