“Bilik günü”

“Bilik günü” tədbiri  Dövlət himninin  səsləndirilməsi  ilə başladı. Daha sonra meydana  Azərbaycanın  Dövlət bayrağı  gətirildi.

İlk dərs günü münasibətilə  şagird və müəllimləri təbrik edən  məktəbin direktoru  Yaşar Əliyev yeni dərs ilində hər kəsə uğurlar arzu etdi.Tədbirdə Qaradağ rayonundan seçilmiş Millət Vəkili  Aydın Hüseynov çıxış edərək  ölkəmizdə təhsilə verilən diqqət və qayğıdan  söz açdı. Prezident İlham Əliyevin həyata keçirdiyi  siyasət nəticəsində  Azərbaycan təhsili yeni dövrünü yaşamasını vurğuladı.

Tədbir şagirdlərin ifasında müxtəlif rəqs və kompazisiyalarla  davam etdi.

Sonda ilk zəng çalındı.

İlk dərs başlayarkən Aydın müəllim I sinif  şagirdləri ilə görüşərək onları və valideyinləri  təbrik etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi