Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş debat

"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə start verilib.

Layihənin məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ağayeva Gülnar 5a sinif şagirdləri ilə  Məhəmməd Füzuli irsinin təbliği və əsərlərinin müzakirəsi istiqamətində debat keçirdi, şagirdləri şairə həsr olunmuş elmi və bədii əsərlər, məqalə və kitablarla tanış etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi