"Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar tədbir keçirildi

24.04.2024 tarixində 320  nömrəli tam orta məktəbdə biologiya müəllimləri Abbasova Könül,Şıxəliyeva Aynur,Rzayeva Günel və Məhərrəmova Əfsanənin təkilatçılığı ilə  "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “ Yaşıl planet" adlı tədbir keçrildi. Keçirilən tədbirdə şagirdlər  valideynlər və məktəbin müəllimləri iştirak etdilər. Tədbirdə şagirdlərin əl işlərindən ibarət sərgi təqdim olundu. Şagirdlərin ifasında bir-birindən  maraqlı səhnəciklər,şeir və musiqi nömrələri təqdim olundu. Tədbirdə "Bu diyarım" və  "Qızıl lalə" mahnıları  səsləndirildi.

Məktəb rəhbərliyi və qonaqlar sərgiyə baxış keçirdikdən sonra,şagirdlərin çıxışlarına tamaşa etdilər.Sonda isə 1-ci sinif şagirdləri ilə birlikdə məktəbin həyətyanı sahəsində güləkmə aksiyasına qoşuldular.

#320mekteb #BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #Yaşıldünyanaminəhəmrəylikili  #virtualməktəb #fəalməktəb

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi