Yer kürəsi günü qeyd olundu

2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul olunmuş qətnaməyə əsasən, beynəlxalq "Yer Kürəsi Günü" hər il 22 aprel tarixində qeyd olunur. Bu bayram beynəlxalq xarakter alıb, hazırki dövrdə 150-yə yaxın ölkədə, o cümlədən Azərbaycanda qeyd olunur. “Beynəlxalq Yer Kürəsi günü”ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir.

“Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində 22.04.2024-cü il tarixdə məktəbin coğrafiya müəllimləri Əsgərli Leyla və Üzeyirova Günelin təşkilatçılığı ilə yer kürəsi gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə məktəbin müxtəlif sinif şagirdləri tərəfindən 9 fərqli  ölkə,onun adət-ənənələri,mətbəxi və s. nümayiş etdirildi.Şagirdlər hər bir ölkəyə aid rəqs nümunəsi ilə çıxış etdi.Həmin ölkəni əks etdirən əl işləri nümayiş etdirildi.

#Yaşıldünyanaminəhəmrəylikili

#fəalməktəb #virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi