Bilik Günü

Bu gün Respublikamızın hər yerində olduğu kimi bizim məktəbdə də 15-sentyabr “Bilik Günü” qeyd olundu. Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra tədbir açıq elan olundu. Sonra məktəbin direktor əvəzi Əlirzayeva Ofelya çıxış edərək ilk dəfə kövrək addımları ilə məktəbə qədəm basan birinciləri, onların valdeynlərini bütün müəllim və şagird kollektivini yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi və məktəbimizin (2016-2017-ci-il) nailiyyətləri haqqında məlumat verdi: Direktor müavinləri İlham Sadıqov, Vaqif Nuriyev və ibtidai sinif müəllimi R.Yaqubova yeni dərs ili münasibətilə şagirdlərimizi səmimi qəlbdən təbrik etdi. Çıxış üçün söz birincilərə verildi. Hələ də valdeyinlərinin möhkəm və zərif əllərinin qayğısına hərarətinə və gücünə möhtac olan bu balacalar “Ana vətən”, “Heydər Baba”, “Müəllim”, haqqında şeirlər söylədilər. 1-ci sinif şagirdi Dinara Atakişiyeva ilk zəngi çaldı: Bütün şagirdlər zəngin sədaları altında məktəbə daxil oldular: Bütün siniflərdə ilk dərs saatı “Cocuq Mərcanlı” tarixi qayıdışın başlanğıcı mövzusunda həsr olundu
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi