PEDAQOJİ ŞURANIN İCLASI KEÇİRİLDİ

13.06.2025-ci il tarixində 320 nömrəli tam orta məktəbin akt zalında məktəb rəhbərliyinin və müəllim kollektivinin iştirakı ilə növbəti Pedaqoji Şura iclası keçirilib. İclası məktəbin direktoru Sevinc Niftiyeva açaraq pedaqoji kollektivi salamlayıb və iştirakçıları gündəlikdə olan məsələlərlə tanış edib.
Gündəlikdə müzakirəyə çıxarılan əsas məsələlər aşağıdakılar olub:
2024–2025-ci tədris ilinin  “Son zəng” tədbirinin təşkili və keçirilməsi ilə bağlı hazırlıqlar;
Tam orta təhsil pilləsi üzrə şagirdlərə attestatların verilməsi;
2024-2025-ci tədris ilinin yekunları, şagirdlərin sinifdən- sinfə keçirilməsi, yay -tədris tapşırığı alan şagirdlərlə iş prosesinin təşkili;
Təhsil müəssisəsində korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və bu sahədə şəffaflığın artırılması;
Müəllimlərin təltif olunması məsələləri;
Məktəb direktoru , direktor müavinləri, psixoloq çıxışında  müəssisəsində son dövrlər görülən işlərə toxunaraq, təhsilin keyfiyyətinin artırılması, şagirdlərin inkişafı və müəllim fəaliyyətinin stimullaşdırılması istiqamətində atılan addımları ətraflı şəkildə təqdim etdi .
İclasın sonunda məktəbdə uzun illər səmərəli pedaqoji fəaliyyət göstərmiş və təqaüd yaşına çatmış müəllimlərə təşəkkür bildirilib, onlar təltif olunaraq xüsusi diqqət və ehtiramla qarşılanıblar.

#320NömrəliMəktəb #PedaqojiŞura #MÜTDA #BŞTİ

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi