320 nömrəli tam orta məktəbdə "Son zəng" təntənə ilə qeyd olundu!

Bu unudulmaz gündə məktəb həyəti alqışlara, duyğulara və sevinclə doldu. Tədbir şagirdlərin səmimi çıxışları, müəllimlərə ünvanlanan təşəkkür dolu sözlər, uşaqlıq illərindən danışan xatirələr daha da mənalı etdi.
Səhnəyə çıxan şagirdlərin bədii kompozisiyaları, ürəkləri titrədən şeirlər və qürurverici musiqi nömrələri zalı duyğulandırdı.
Və nəhayət – rəqslər!
Məktəbin həyətində 11-lər son dəfə birlikdə rəqs etdilər. Onların ahənglə atdıqları addımlar, həm sevinci, həm də vidanı rəngləndirdi. Bütün məktəb o an bir ürək kimi döyündü!
Bir dövr bitdi, yeni yol başladı. Yolunuz açıq olsun, 11-lər!
#SonZəng2025
#320Məktəb
#ƏlvidaMəktəb
#11lərƏlvida
#MüəlliməTəşəkkür
#XatirələrCanlanır
#VidaRəqsi
#SonÇıxış
#BirlikdəSonAddımlar
#GələcəkSizinlədir