Məzunlara attestatlar verilir

2024-2025-ci tədris ilində Bakı şəhəri 320 nömrəli tam orta məktəbi XI sinfi bitirən məzunlara attestatlar verilir.
Attestatlara illik qiymətlər və buraxılış imtahanından tədris dili, riyaziyyat, xarici dil və Azərbaycan dili (dövlət dili kimi) fənlərindən toplanmış ballar yazılır. Tam orta təhsil haqqında attestatda şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.
Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.
#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #məktəb320