31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR

31 mart soyqırımı məktəbimizdə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisə kimi yad olundu. Bu günlə əlaqədar məktəbin kitabxanasında tarix müəllimi Şirəliyeva Nigar, kitabxanaçılar Əliyeva Şəfəq və Adıgözəlova Kəmalə 5-ci sinif şagirdləri ilə   mövzuya həsr olunmuş debat keçirtdi. İlk öncə tarix müəllimi və kitabxanaçılar öz növbəsində  mövzu ilə bağlı şagirdlərə məlumat verdilər və daha sonra debatın mövzusuna uyğun suallar ünvanlayaraq müzakirələr apardılar. Mövzu ilə əlaqədar təqdimatlar və video çarxlar təqdim edildi, soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edildi.

 

#fəalməktəb #virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi