“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş dəyirmi masa

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Tədbirlər Planının 2-ci bəndi, ümumi təhsil müəssisələrində aidiyyəti fənlər üzrə ətraf mühitin qorunmasına dair əlavə məşğələlərin təşkil edilməsi ilə əlaqədar olaraq məktəbin coğrafiya müəllimi Əsgərli Leyla şagirdlərlə dəyirmi masa təşkil edərək, insanların ətraf mühitə təsiri və ətraf mühitin qorunması mövzusunda müzakirə apardı.Şagirdlər tərəfindən ətraf mühitə dəyən ziyanın aradan qaldırılması və yaşıllığın qorunması istiqamətində verilən təkliflər müzakirə olunaraq mənfi və müsbət tərəfləri araşdırıldı.

#yaşıldünyanaminəhəmrəylikili

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi