"Novruz bayramı" tədbiri keçirildi

Elimizə-obamıza bahar gəlir! Qaranquş müjdəli, xoş ovqatlı, çiçək ətirli, xonçalı Novruz Azərbaycan xalqının bayramlarının şahı sayılır. Çünki Novruz bayramı Azərbaycan xalqının gələcəyə inam hissini, ürəkaçıqlığını, qonaqsevərliyini, ünsiyyət, mehribançılıq və dostluq duyğularını özündə əks etdirir. Qeyd edək ki, Novruz bayramı həm də şən gülüşlər, humanist ideyalar bayramı kimi qiymətləndirilir. Bayramın gəlişi Azərbaycanın hər bir yerində olduğu kimi, Bakı şəhərində yerləşən təhsil müəssisələrində də böyük sevinc və maraq hissi ilə qarşılanır.

İlaxır çərşənbə günü  məktəbimizdə bayram abu-havası xüsusilə hiss olunurdu. Şagirdlər sevinc və həyəcanla şənliklər keçirdilər, elimizə-obamıza qədəm qoyan Novruzu xoş qarşıladılar. Məktəbin bütün qabaqcıl şagirdlərinin iştirakı ilə hazırlanan daha bir tədbir isə məktəbin akt zalında  keçirildi. Tədbirdə şagirdlər Novruzla bağlı müxtəlif səhnəciklər göstərdilər, mahnılar, rəqslər ifa etdilər və bahara, Novruz bayramına həsr olunan şeirlər söylədilər. Tədbirdə məktəbin direktoru Sevinc Niftiyeva, direktor müavinləri,müəllim və şagird kollektivi iştirak etdi. Sonda Sevinc Niftiyeva   tədbirin  hazırlanmasında əməyi keçən hər kəsə, o cümlədən iştirakçılara dərin təşəkkürünü bildirdi, onlara bayram təbriklərini çatdırdı.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #320nömrəliMəktəb

#virtualməktəb #fəalməktəb #Bakıməktəbləri

#Dəyərlərimiziqoruyaq

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi