Psixoloqun "Dəyərlərimizi qoruyaq"adlı debat

Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Elə günümüzdə də bu müsbət tendensiya özünü qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Bütün millətlər haqlı olaraq, taledən bəxtlərinə düşən milli dəyərlərlə, həm də min illər boyu qazanmış olduqları milli dəyərlərlə fəxr edirlər. Hər millətin vətənində olan bütün yeraltı və yerüstü sərvətlər taleyin bəxş etdiyi milli dəyərləri təşkil edir. O sərvətlər, bəzən, millətin taleyində müəyyən bir dövr üçün həlledici rol oynaya bilir və aydındır ki, gec-tez tükənir və buna görə də təbii sərvətlərin istifadəsində səhvə yol vermək olmaz.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi