Yurdumuza bahar gəlir

İlin ən gözəl fəsillərindən biri bahardır. Bu fəsil gözəllik fəsli, xoş əhvali-ruhiyyə fəslidir. Bahar gələndə təbiətdə böyük dəyişikliklər baş verir. Baharın yurdumuza qədəm qoyduğu ilk gün gecə ilə gündüzün bərabərliyi günüdür.

Baharın gəlişi ilə bağlı məktəbin  kitabxanaçıları Əliyeva Şəfəq və Adıgözəlova Kəmalənin  təşkilatçılığı ilə  "Yurdumuza bahar gəlir" adlı tədbir təşkil etdi. Kitabxanaçılar  şagirdlərə milli adət ənənələrimiz, Novruzun mənşəyi, tarixi kökləri haqqında danışıb.

Məktəbin şagirdləri  bayram münasibətilə şeirlər, rəqslər, səhnəciklər nümayiş etdirdilər. Novruzun məzəli personajları Kosa və Keçəlin meydanda görünməsi bayram şənliyinə yeni ahəng gətirib.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #320nömrəliMəktəb

#virtualməktəb #fəalməktəb #Bakıməktəbləri

#Dəyərlərimiziqoruyaq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi