Psixoloqun "Mən böyüdüm"adlı təlimi

Repraduksiya latın sözü olub, özünə bənzər orqanizmin yaradılması deməkdir. Repro­duktiv sağlamlıq –fiziki, mənəvi və sosial rifah vəziyyətidir. Bu təkcə reproduktiv sistemlə onun funksiyası və problemləri ilə bağlı xəstəliklərin olmaması demək deyildir. Reproduktiv sağlamlıq nəsil artımı qabiliyyətinin olması və azad seçim deməkdir. Yəni hər bir gənc ailədə qadın istədiyi sayda uşaq dünyaya gətirə bilər. İnsan təbiətinin məhsuludur. İnsan təkmilləşdikcə inkişaf edir, sağlamlığı, ilk növbədə, reproduktivliyi, nəsil artırmaq qabiliyyəti yaxşılaşır və formalaşır. Bu sağlamlığın təməli yeniyetmə dövründə yaranır və bütün həyat boyu qorunub-saxlanır. Reproduktiv sağlamlıq həm ayrı-ayrı şəxslər, həm də bütövlükdə ailə üçün böyük əhəmiyyət kəsb edərək, cəmiyyət və millətin sosial-iqtisadi inkişafının səviyyəsini xarakterizə edir. Repro­duktiv sağlamlıq üzrə bilik və bacarıqlara yiyələnməklə yeniyetmələr sanitar, gigiyenik qaydalara əməl etmək, həyatın bütün nemətlərindən şüurlu surətdə bəhrələnmək, hər cür zərərli vərdişlərdən uzaqlaşmağı öyrənirlər. Gənclər, beləliklə, reproduktiv sağlamlığın qorunması yollarını mənimsəyir, həm öz sağlamlıqları, həm də gələcək nəslin sağlamlığı üçün məsulliyyəti öz üzərinə götürmək bacarıqlarına yiyələnirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi