NOVRUZ GƏLİR, YAZ GƏLİR!

Məktəbimizdə Novruz bayramına həsr olunmuş şənlik keçirilib.Təntənəli tədbiri giriş sözü ilə açan direktor Sevda xanım Abdullayeva tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək, bayramın tarixi kökləri, dəyərləri və xalqımızın adət-ənənələri haqqında danışıb. Novruzun birlik, qardaşlıq bayramı olduğunu deyən direktor onu sülh, barışıq, təbiətin oyanışı kimi xarakterizə edib. O, hər kəsə xoş əhval-ruhiyyə və bayram ovqatı arzulayıb.Tədbir musiqili şou proqramı ilə davam edib. Şagirdlər müxtəlif mahnılar ifa edib, hazırladıqları rəqslərlə çıxış edib və Novruz rəmzlərini əks etdirən nümunələr nümayiş etdiriblər. Novruz şənliyi böyük ruh yüksəkliyi və sevinclə qarşılanaraq, hər kəsə bayram əhval-ruhiyyəsi bəxş edib.