2025-2026-ci tədris ilinə metodbirləşmə iclasları

2025-2026-cı tədris ilinin başlanması ilə əlaqədar olaraq məktəbdə tarix, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin metodbirləşmə iclası keçirildi. İclasda metodbirləşmə qarşısında duran vəzifələr, yeni dərs ilinə hazırlıq vəziyyəti, diaqnostik qiymətləndirmələrin təşkili, tədrisdə keyfiyyətin yüksəldilməsi istiqamətində görüləcək tədbirlər, qarşılıqlı dərs dinləmə, fənn üzrə sinifdənxaric və məktəbdənkənar işlər haqqında məsələlər müzakirə olundu.