8 Mart - Beynəlxalq Qadınlar Günü

Məktəbimizdə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının Qadınlar Şurasının iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib.Tədbiri giriş sözü ilə açan Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik etdi.YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva, Qadınlar Şurasının üzvlərindən Aidə Bayramova, Fəridə Bağırova, Yaqut Həsənova və başqaları çıxışlarında iştirakçıları təbrik edərək bildiriblər ki, dünyada ilk dəfə səsvermə hüququ qazanan Azərbaycan qadınlarının sorağı indi ən yüksək beynəlxalq tribunalardan gəlir.Qeyd olunub ki, bu gün qazandıqları uğurlarla ölkəmizin inkişafında mühüm rol oynayan istedadlı vətənpərvər gənclərimizin yetişməsi məhz qadınların gərgin əməyinin, onların Vətənə, ailəyə, milli mənəvi dəyərlərimizə bağlılığının, sadiqliyinin nəticəsidir. Ölkəmizdə qadınlara yüksək diqqət və qayğı göstərilir,Tədbirdə rayonun ictimai-siyasi həyatında fəallıqları ilə seçilən bir qrup qadına Fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi