Xeyriyyə yarmarkası

Məktəbimizdə xeyriyyə yarmarkası keçirilib. Yarmarka Təhsil Nazirliyinin təşəbbüşü ilə ölkənin 54 məktəbində yaradılan məktəb icmaları layihəsi çərçivəsində təşkil olunub. Xeyriyyə məqsədilə keçirilən yarmarkadan əldə olunan vəsaitin uşaq evlərinə yönəldilməsi nəzərdə tutulub. İlkin mərhələdə məktəbin 2 sinfini əhatə edən məktəb icması gələcəkdə daha da genişləndiriləcək. Yarmarkada II v’ VIII sinif şagirdlərinin əl işləri satışa çıxarılıb. Məktəblilərin təqdim etdikləri yeni il oyuncaqları, bəzək əşyaları, təbii dibçək gülləri, süni güllər, şirniyyat, kitablar, şəkillər və digər əl işləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi