Diaspor Jurnalistləri Birliyi tərəfindən Bakının 12 məktəbində 10-11-ci sinif şagirdlərinə “Diaspor dərsi”nin keçirilməsi nəzərdə tutulub.Növbəti belə “Diaspor dərsi” məktəbimizdə keçirilmişdir. Öncə məktəbin direktoru Sevda Abdullayeva çıxış edərək DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirib və layihənin şagirdlərin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib.Sevda Abdullayeva şagirdlərə harada yaşasalar da azərbaycanlı olduqlarını unutmamağı tövsiyə edib.DJB sədri Fuad Hüseynzadə tədbirin “Orta məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində keçirildiyini deyib.Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov milli diasporumuzun inkişaf tarixi və yayılma coğrafiyası haqqında məlumat verib.Daha sonra Çex-Azərbaycan İctimai Birliyinin sədri Əbdül Əliyev məqsəd və məramlarından danışıb.Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirli isə təşkilatın gördüyü işlərdən danışıb.Diskussiya şəraitində keçən “Diaspor dərsi”ndə şagirdləri maraqlandıran suallara cavab verilib.Sonda Sevda Abdullayevanın təklifi ilə 32 saylı orta məktəbin şagirdlərinin Virtual Təbliğat Qrupu yaradılıb.