"Mən tolerantlığı necə başa düşürəm"

Məktəbimizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bilik günündə Bakıdakı 148 nömrəli məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 29 oktyabr 2015-ci il tarixli 263 nömrəli əmri ilə təsdiq edilmiş “Fəaliyyət Planı”nın 3.9-cu bəndinə əsasən “Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş “Mən tolerantlığı necə başa düşürəm” mövzusunda tədbir keçirilmişdir. Tədbir məktəbin tarix müəllimi Lalə Sadıxovanın rəhbərliyi ilə 6 B sinif şagirdləri tərəfindən hazırlanmışdır.Şagirdlər tədbirdə tolerantlıq termini , Tolerantlıq günü və bu günün yaranması tarixi haqqında məlumat verdilər. Tədbir iştirakçıları tolerantlıq mövzusunda şeirlər oxudular, mahnılar ifa etdilər və səhnəcik göstərdilər. Tədbirin sonunda “Biz birlikdəyik” adlı aksiya keçirildi. Havaya sülh rəmzi olan göyərçin buraxıldı.