15 Sentyabr - Bilik Günü

15 Sentyabr Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı, Bilik günüdür. Ölkəmizdə yeni dərs ili başlayır. Bilik günü məktəb həyatına qədəm basan birincilər üçün səbirsizliklə , sevinc və həyəcanla gözlənilən , xüsusi qayği və məmnuniyyətlə , təntənəli şəkildə qarşılanacaqları bir gündür. Onlar əlifba ilə tanış olub , kitablar oxuyub , şeirlər əzbərləyəcək və beləcə, ilk zəngin sədası ilə yeni həyata məktəb həyatına qədəm qoyacaqlar. Bu əlamətdar gün Nizami rayonu M.Rüstəmov adına 32 №-li tam orta məktəbdə də qeyd edilmişdir. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru, Əməkdar müəllim Sevda Abdullayeva şagirdləri, valideynləri, pedaqoji kollektivi və qonaqları salamlayaraq, onlara yeni tədris ilində uğurlar arzulayıb. Sevda Abdullayeva ölkəmizdə aparılan təhsil islahatlarından, təhsilə göstərilən diqqət və dövlət qayğısından danışıb. Rəhbərlik etdiyi məktəbin də dövlət tərəfindən əsaslı təmir edildiyini xüsusi vurğulayaraq, Prezident İlham Əliyevə və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib.Yeni dərs ili münasibətilə şagirdləri və pedaqoji kollektivi təbrik edən qonaqlar ilk dərs gününün təəssüratlarını bölüşüblər.Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar oxuyublar. Sonda “Bilik günü”nün ilk zəngi çalınıb və birincilər böyük sevinclə sinifə daxil olublar.