Əlvida Məktəb

Məktəbimizdə Son Zəng tədbiri bu il də ənənəvi olaraq keçirildi. Tədbirlərin keçirilməsi üçün məktəb kollektivi tərəfindən böyük hazırlıq işləri aparılmış, bilik bayramının yüksək səviyyədə, məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan bir əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni etmişlər. Tədbiri gitiş sözü ülə açan məktəbin direktoru Sevda Abdullayeva çıxış edərək gələn qonaqları salamlamış, məktəbi bitirən məzunlara gələcək təhsildə və həyatda uğurlar arzulamışdırNizami rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnaz İsrafilova müstəqil həyatın astanasında duran məzunlara uğurlar, olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulamış, bu il Azərbaycan paytaxtında keçriləcək ilk Avropa oyunlarının ölkəmizin dünyada daha yaxından tanınması, onun nüfuzunun artmasındakı əhəmiyyətlini vurğulamış, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar diləmişdır.Tədbir məktəblilərin musiqili-bədii çıxışları ilə davam etmişdir.