“Şahinlər” hərbi-idman oyunlarının Nizami rayonu üzrə final mərhələsi keçirilmişdir.

Aprelin 21-də Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına hərbi liseydə “Şahinlər” hərbi-idman oyunlarının rayon məktəbləri üzrə final mərhələsi keçirilib. Tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Rasim Musabəyov və başqaları çıxış edərək belə tədbirlərin keçirilməsinin məktəb şagirdlərinin ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərdiyini deyiblər.Sonra rayon üzrə 24 orta ümumtəhsil məktəbinin 350-yə yaxın şagirdi arasında yarışlar başlanılıb. Komandalar iki mərhələdə səkkiz idman növü üzrə müxtəlif sınaqlardan keçməklə öz bacarıqlarını nümayiş etdiriblər. İlk olaraq şagirdlər təntənəli marşla tribuna önündən keçib və onların sıra hazırlığının səviyyəsi yoxlanılıb.Sonra komandalar fiziki hazırlıq, maneənin dəf olunması, mülki müdafiə hazırlığı, tullanma, qaçış, çətin maneələri aşma kimi mərhələlərdə öz qüvvələrini sınayıblar. Hərəkətlər hakimlər tərəfindən beş ballıq sistem üzrə qiymətləndirilib.Yarışlarda qalib gələn 32 №-li məktəbin komandası “Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona birinciliyində iştirak etmək hüququ qazanıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi