“Ölkəmizi tanıyaq” layihəsinin növbəti mərhələsi çərçivəsində növbəti tur-aksiya təşkil edilmişdir

“Ölkəmizi tanıyaq” layihəsinin növbəti mərhələsi çərçivəsində təşkil edilmiş tur-aksiyanın paytaxtın Sabunçu, Nərimanov, Nizami, eləcə də Zaqatala, Balakən, Qax və Tərtər rayonlarının, Yevlax və Şuşa şəhərlərinin IX-XI sinif şagirdləri və onların müəllimləri noyabrın 17-də cənub bölgəsinə səfər ediblər.Tur-aksiyanın iştirakçıları səyahətlərinə Masallı rayonundan başlayıblar.Məktəbliləri rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.Maarifləndirici aksiyanın iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.Səyahətlərinin birinci günü məktəblilər Masallıda, həmçinin rayon Tarix-Diyarşünaslıq və Azərbaycan Dövlət Rəmzləri muzeylərində, Bayraq Meydanında, Uşaq İncəsənət Məktəbində və “ASAN həyat” kompleksində olublar.Masallıdan sonra tur-aksiyanın iştirakçıları Lənkəran rayonuna gəliblər. Onlar Lənkərandakı “Qafqaz sahil”, “Lux” otellərində, “Palıdlı sahil” və “Palmalife” istirahət mərkəzlərində, “Şah sarayı”nda yerləşiblər.Şam yeməyindən sonra məktəblilər müxtəlif əyləncəli oyunlarda iştirak ediblər.Növbəti günlərdə şagirdlər cənub bölgəsinin digər məkanlarına da səfər edib oranın tarixi, mədəniyyəti ilə yaxından tanış olublar.Qeyd edək ki, məktəbimizin şagirdləri Yusifova Tamella və Ocaqverdiyeva Nazan tur-aksiyada məktəbimizi təmsil ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi