Məktəbimizin 6-7-ci sinif şagirdləri ilə Milli Azərbaycan Tarixi Muzeyində növbəti "Açıq dərs" keçirildi

“İbtidai icma quruluşu” mövzusunda olan dərsi 7-ci sinif şagirdi J. Nəhmətova apardı. Baxmayaraq ki, Jalə özü şagirddir, ancaq o, dərsi çox yüksək səviyyədə keçirə bildi. 6-cı sinif şagirdləri ilə aparılan bu dərsdə onların tarix müəllimləri, Qızqayıt Məmmədova və Leyla İmranova da iştirak edirdilər. Şagirdlərin verdikləri sualları Jalə çox diqqətlə dinləyir və onlara ətraflı cavab verirdi. Sonda dərs aparmaqdan böyük zövq alığını bildirən J. Nəhmətova öz minnətdarlığını belə ifadə etdi: “Mənim müəllimlərimin Milli Azərbaycan Tarixi Muzeyində keçirilən layihələrdə iştirak etdiyini onların dərs vaxtı maraqlı informasiyalarından eşitmişdim. Mən tarix fənnini çox sevdiyimdən bu layihələrdə iştirak etməyi çoxdan arzulayırdım. Bu gün bu arzumun həyata keçməsi üçün bizə yaradılan şəraitə görə muzeyin direktoru akademik Nailə xanım Vəlixanlıya, öz müəllimlərimə və layihənin rəhbəri N. Yusifovaya minnətdarlığımı bildirirəm. Düşünürəm ki, belə layihələr biz gənclərin tarixini, vətənini sevmələrində böyük köməyi olacaqdır”.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi