«Fövqəladə hallarda özünü necə aparmalı» mövzusunda maarifləndirici açıq dərslər keçirilmişdir.

Məlum olduğu kimi, Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarına uyğun olaraq 1972-ci ildən etibarən hər il martın 1-də bu təşkilata üzv olan ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü qeyd edilir. Azərbaycanda da bu əlamətdar tarixlə bağlı müntəzəm olaraq tədbirlər keçirilir. Mart ayının əvvəlində keçirilən tədbirlərin davamı olaraq, aprelin 8-də 32 №-li məktəbdə keçirilən maarifləndirici açıq dərslərdə şagirdlərə fövqəladə hallar (hadisələr) zamanı Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin "112" xidməti ilə əlaqə, Xidmətin fəaliyyət istiqamətləri, həmçinin partlayıcı maddələrin (şübhəli elementlərin) aşkar olunması zamanı insanların davranış qaydaları, fəlakətə düçar olmuş və ya köməyə ehtiyacı olan insanlara ilk yardım və təxirəsalınmaz tibbi yardımın göstərilməsi, eləcə də təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji obyektlərin mühafizəsi haqqında məlumatlar verilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi